Bu fikirləri Füzuli sakini Elşən İbayev səsləndirib.
Keçmiş məcburi köçkünlərin torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə borclu olduğunu vurğulayan Füzuli sakini deyib: “Bizim hər birimiz şəhidlərimizə borcluyuq, xüsusilə də keçmiş məcburi köçkünlər. Şəhid analarının qarşısında baş əyir, əllərindən öpürəm. Füzuli rayonundan 11 yaşımda çıxmışam. İndi doğma torpağa 41 yaşında dörd nəfər ailə üzvümlə birgə geri qayıdıram. Qarşımızda yeni həyat başlayır, çox həyəcanlıyıq. Tanrı dövlətimizi və Azərbaycan Ordusunu qorusun!”.
Qaradağ rayonu Sahil qəsəbəsində məskunlaşdığını diqqətə çatdıran E.İbayev inşaatda çalışdığını deyib. O, peşəsini doğma torpaqda da davam etdirəcəyini bildirib. (AZƏRTAC)