27.06.2025, 01:43
AZ EN
17.07.2023, 12:49 298

Bağışla bizi, gülümsə, Şuşa...

XƏBƏRLƏR

Sadıq Qarayev yazır:

Bu ağac heç nəyə baxmadan 30 il kişi kimi dayanıb bizi gözləmişdi...

Bəzən nalə çəkmiş,

Bəzən nərə çəkmiş,

Amma heç vaxt bizdən küsməmişdi..

Biz vardıq, digər ziyarətçilər vardı, hərbiçilərimiz, bərpa işləriylə məşğul olanlar, digər insanlarımız vardı.

Amma nədənsə mənə elə gəlirdi ki, Şuşa boşdur, hüzürlüdür, susqundur.. Sanki qocalmışdır..

Bir evdən igid, nər oğul gedir, ailə sarsılır. Sonralar bir müddət hər kəs susqun, kədərli dolanır həyətdə, öz işləriylə məşğul olur, qəribə aura yaranır:

"Şuşanı azad edən şəhidlərin yoxluğundan şəhər boş idi, susqun idi.

Bir oğul anasını ya atasını vəlvələdən, ya zəlzələdən, məcburiyyətdən atıb gedir, qaydında ana sağ qalsa da, həmənki olmur, qocalır, küsür.. Saçları ağarır.. Oğul onun gənclik, coşqun analıq, atalıq məhəbbətini, sevgilərini aparmışdı.

Biz də Şuşanı, qoyub getmişdik, geri dönəndə qocalmışdı, küsmüşdü...

Amma qəribədir ki, pis, yaxşı, az, ya çox sayda 30 ilə yaxın burada ermənilər yaşamışdı. Şuşada ermənilik vəhşiliyi, barbarlığı, cəngəllik insanları kimi mundarçı, dağıdıcı, vəhşi yaşamağın binalarda, evlərdə, küçələrdə izləri qalsa da, ruhu, enerji baxımından boşluğu, nisgili, heç bir izi qalmamışdır. Elə bil burda insanlar yox, həşaratlar, qarğalar yaşamış, sonra uçub getmişlər.

Şuşa 30 il erməniləri nəinki sakinlər, heç insanlar kimi qəbul  etməmiş, yadda saxlamamışdır.

Biz Şuşanı yenidən quracağıq, ən gözəl şəkildə bərpa edəcəyik.

Biz Şuşanın bəyaz saçlarını darayacağıq, əllərindən öpəcəyik.

Şuşa gülümsəyəcək, qəhrəman şəhidlərimizin xatirələrini daima qəlbində - səmalarında, küçələrində, hər daşında yaşadacaq.

Şuşa sevinəcək, bizi bağışlayacaq.

Analar, atalar həmişə bağışlayan olurlar axı...

Qocalanda,

Adi mehdən,

Öz-özündən, gözlərindən dolurlar...

Bağışla bizi, gülümsə Şuşa!..

Rəşadətli şəhidlərimizin, qazilərimizin xatirinə,

Qoy sevinək gülüşlərinin ətrinə...

Həm də məni bağışla, doyunca utana bilmədim,

Hələ demirəm,

Füzulinin yanından keçəndə,

Boş, xaraba divarlardan gözlərimə nəm çəkəmmədim,

Kimsəzliyinə toxuna bilmədim,

Mən orda da günahımız, öz ahımız,

Sizin 30 illik əsarətiniz, sahibsizliyiniz boyda,

Vicdan təri tökəmmədim,

Sizin həsrətiniz qədər,

Heç xəcalət çəkəmmədim...

Bağışla bizi, gülümsə, Şuşa!"

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər