27.06.2025, 01:38
AZ EN
17.06.2023, 08:00 227

Şuşa Rayon İcra Hakimiyyəti başçısı vətəndaşlarla növbəti səyyar qəbulu keçirib

XƏBƏRLƏR

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Şuşa rayon əhalisinin müvəqqəti məskunlaşdığı respublikanın 58 rayonunda hazırlanmış qrafikə əsasən mütəmadi olaraq səyyar görüşlər keçirir. Növbəti səyyar görüş 16 iyun 2023-cü il tarixdə Xətai rayonu, 24 saylı tam orta məktəbdə keçirildi. Görüşdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, abadlıq-quruculuq işləri, “Böyük Qayıdış” proqramının icra edilməsi, əhalinin rahatlığının təmin olunması, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə məlumat verərək, sakinləri fərdi qaydada dinləyib.

Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Görüşdə iştirak edən rayon sakinləri  ölkədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığını və onlara yaradılan şəraitə görə məmnun qaldıqlarını bidirdilər.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər