Rəşad Məhbus oğlu Qədimov 23 sentyabr 1999-cu ildə Ağdam rayonunun Paşabəyli kəndində anadan olmuşdur. O, 2005-ci ildə Ağdam rayon Paşabəyli kənd tam orta məktəbinin birinci sinfinə qəbul olunmuşdur. Elə həmin məktəbdə də tam orta təhsilini başa vurmuşdur. Məktəbi bitirdikdən sonra Rəşad həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Vətən müharibəsi başlayanda hamı kimi o, da döyüşə qatıldı. R. Qədimov Şuşa, Xocavənd istiqamətində vuruşmuşdur. 28 oktyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdən birində yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ona "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları verilmişdir. Qazimiz üçüncü dərəcəli əlildir.
İsa Musayev