"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yerli teleqram kanallarında istinadən məlumat yayıb. Bildirilir ki, teleqram kanallarında iki nəfərin rusiyapərəst revanşist müxalifətin mitinqinə getmək üçün pul və yemək verilməsi məsələsini müzakirə edib. Həmin faktla bağlı yayılan yeni səs yazısında hər iki nəfər mitinqə qatılmaq üçün Karapetyanın sədri olduğu partiyanın üzvlərindən pul aldıqlarını təsdiqləyib.
"Armtimes"ın yaydığı məlumata görə, mitinqdə iştirak edənlərə 2 peraşki, bir butulka "koka-kola" və ya su da paylanılıb. Səs yazısında ermənilərdən biri peraşki əvəzinə "hot-doq" verilməsindən şikayətlənib. Audioyazıda o da vurğulanır ki, mitinqə gedənlərə adambaşı 3 min dram, yəni təxminən 8 dollar rüşvət verilir. Səs yazısında rusiyalı milyarder Samvel Karapetyan üçün təşkil edilən mitinqlərə insanların aparılması barədə danışılır.
Erməni nəşrlərinin yaydığı məlumatına görə, Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" bloku parlament seçkilərində iştirak üçün seçki siyahısını aprelin 22-də Ermənistan Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Blokun nümayəndəsi Aram Vardevanyan bildirib ki, siyahıda 199 nəfərin adı var.
Aprelin 20-də MSK həmçinin Qaqil Sarukyanın sədri olduğu "Çiçəklənən Ermənistan" Partiyasının namizəd ərizəsini qəbul edib. Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası da seçki siyahısını quruma təqdim edib.
Elxan SALAHOV