Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc “Ekoloji tarazlığın və insan hüquqlarının təminatı sahəsində vətəndaş cəmiyyətinin rolunun artırılması” mövzusunda martın 1-də keçirilən konfransda deyib.
Ermənilərin işğal dövründə 7 rayonumuzu yerlə-yeksan edərək təbiətimizə ciddi ziyan vurduqlarını söyləyən Z.Oruc bildirib: “Ekoloji tarazlığın və insan hüquqlarının təminatı sahəsində vətəndaş cəmiyyətinin rolunun artırılması hazırda ciddi məsələlərdəndir. Hər birimiz bu prosesdə məsuliyyətimizi dərindən dərk etməliyik”. (AZƏRTAC)