23.04.2026, 03:00
AZ EN
22.04.2026, 20:58 104

Azərbaycan Prezidenti: İqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır

XƏBƏRLƏR
  • Azərbaycanı neft və qazdan asılı olan bir dövlətdən öz iqtisadiyyatının şaxələndirilməsi prosesi ilə fəxr edə biləcək bir ölkəyə çevirmək üçün çox işlər görülüb.

Bu fikri Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı səsləndirib.

"Biz Azərbaycanda ölkəni tamamilə neft və qazdan asılı olan bir dövlətdən öz iqtisadiyyatının şaxələndirilməsi prosesi ilə fəxr edə biləcək bir ölkəyə çevirmək üçün çox işlər gördük", - Prezident bildirib və əlavə edib ki, "Ümumi daxili məhsulun strukturunda son dörd-beş il ərzində sürətli artım müşahidə olunur:

"ÜDM-də qeyri-neft sənayesinin payı 50 faizdən artaraq 70 faizi keçib və bu proses davam edir. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır", - Azərbaycan Prezidenti vurğulayıb. (Report)

Oxşar xəbərlər