23.04.2026, 03:00
AZ EN
22.04.2026, 21:05 132

Prezident: Bu gün Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı problemlidir

XƏBƏRLƏR
  • Bu gün Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı problemlidir.

Bunu Prezident İlham Əliyev Azərbaycan-Latviya biznes-forumunda deyib.

İlham Əliyevin sözlərinə görə, Avropa İttifaqına üzv olan ölkələr üçün Azərbaycan qazı və nefti onların enerji istehlakı portfelinin ən böyük hissəsini təşkil edir:

"Əsasən keçmişdə, indi və gələcəkdə diqqət yetirəcəyimiz digər sahə bağlantıdır. Burada coğrafiya investisiyalarımızla və Azərbaycanın açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün uzunmüddətli siyasətlə tamamlanır. Bu, artıq baş verib və Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə nəqliyyat dəhlizləri artıq fəaliyyət göstərir. Azərbaycan ərazisində aparılan bütün tikinti işləri tamamlanmışdır. İndi gördüyümüz işlər isə müasirləşməyə, yeni fiziki infrastrukturun yaradılmasına, rəqəmsallaşdırılmaya, o cümlədən süni zəka tərəfindən yaradılan imkanlara investisiyaların yatırılmasından ibarətdir ki, Azərbaycan ərazisindən daşımalar bugünkü geosiyasi vəziyyətdə nəinki təkcə ən təhlükəsiz, lakin, eyni zamanda, daşıma haqları və zamanı nöqteyi-nəzərdən rəqabətli olsun. Burada investisiyalar üçün böyük imkanlar var, çünki bu gün Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı problemlidir. Dediyim kimi, biz buraya çoxlu investisiyalar yatırmışıq və dost ölkələrlə, birbaşa qonşularımızla və qonşularımızın qonşuları ilə əməkdaşlıq edərək yüklər üçün təhlükəsiz və etibarlı nəqliyyat marşrutunu təmin edə bilmişik.Yeri gəlmişkən, Azərbaycan ərazisindən keçən yüklərin həcmi ildən ilə artır". (Report)

Oxşar xəbərlər