Bunu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov Bakıda keçirilən “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında bildirib.
"Burada insan kapitalının inkişaf etdirilməsi hədəflənir. Çərçivə Sənədinə əsasən, 4 nəticə qrupu, hər qrupun öz büdcəsi var. I nəticə qrupunun məqsədi inklüziv artımın təmin edilməsi ilə bağlıdır, bu il üçün büdcəsi 9 ,5 milyon manat təşkil edir. 2021-2024-cü illər ərzində 80-ə qədər I nəticə qrupu layihələri icra ediləcək", - deyə o qeyd edib.
Bundan başqa, şöbə müdiri əlavə edib ki, kiçik və orta sahibkarların ÜDM-də payının 35 %-ə çatdırılması hədələnir. (Report)