28.06.2025, 08:28
AZ EN
18.11.2022, 13:16 513

Azərbaycanın Albaniya, Keniya və İsraildə səfirlikləri açılacaq

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Albaniya və Keniya respublikalarında, eyni zamanda, İsrail Dövlətində səfirlikləri açılacaq.

Bununla bağlı məsələ Milli Məclisin noyabrın 18-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Azərbaycanın Albaniyadakı səfirliyi paytaxt Tiranada, Keniyadakı səfirliyi paytaxt Nayrobidə, İsraildəki səfirliyi isə paytaxt Təl-Əvivdə yerləşəcək.

Sənəd səsə qoyularaq təsdiq edilib.

Oxşar xəbərlər