"Vətən səsi" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin bildirib. O, Zəngəzur dəhlizinin bir hissəsinin Ermənistandakı Rusiya sərhədçilərinin nəzarət etdiyi ərazidən keçdiyini xatırladaraq həmin kommunikasiya xətlərinə Moskvanın nəzarət etmək istədiyini gizlətməyib: "Qarşımızda üçtərəfli işçi qrupu çərçivəsində razılaşdırılmış marşrutun bir hissəsi var. Bundan əlavə, region Rusiya dəmir yolu xətlərindən istifadə edir və Zəngəzur dəhlizi əsasən Rusiya sərhədçilərinin məsuliyyət zonasından keçəcək".
Kalugin hesab edir ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü nəzərə alındıqda, tərəfdaşların Rusiyasız keçinə bilməyəcəyi aydındır. Onun açıqlamalrından belə anlaşılır ki, Rusiya həm də Zəngəzur dəhlizi vasitəsilə Cənubi Qafqazda təsir dairəsinin azalması ilə barışmaq istəmir.
Elxan SALAHOV