15.04.2026, 03:51
AZ EN
14.04.2026, 21:15 104

Adil Embarş ANAMA əməkdaşının minaya düşərək həlak olması ilə əlaqədar başsağlığı verib

XƏBƏRLƏR
  • Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Mətili Muğanın Füzuli rayonunun Aşağı Abdurrəhmanlı kəndində mina hadisəsi nəticəsində həlak olması ilə əlaqədar başsağlığı verib.

Diplomat bununla bağlı "Facebook"da müvafiq paylaşım edib.

Diplomat qeyd edib ki, aprelin 14-də Füzuli rayonunda tank əleyhinə minanın partlaması nəticəsində baş verən faciə xəbərini dərin kədərlə qarşılayıb.

"Mərakeşin səfiri olaraq, onun ailəsinə, həmkarlarına və yaxınlarına ən səmimi başsağlığımı bildirmək, həmçinin Azərbaycan hökumətinə və xalqına dərin hüznümü ifadə etmək istəyirəm", - o yazıb.

Xatırladaq ki, bu gün ANAMA əməkdaşı Mətili Muğan Rəfayıl oğlu (1995-ci il təvəllüdlü) xidməti vəzifələrini icra edərkən tank əleyhinə minanın partlaması nəticəsində həlak olub. (Report)

Oxşar xəbərlər