Bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd olunub ki, görüş zamanı Ermənistanın Litva və Fransa ilə ikitərəfli gündəliyinə dair məsələlər, o cümlədən dezinformasiyaya qarşı mübarizə, eləcə də Avropa İttifaqı ilə strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlıq müzakirə edilib. Fransa və Litva tərəfi qarşıdan gələn "Avropa Siyasi Birliyi" sammitinin təşkilində Ermənistana dəstək göstərməyə hazır olduqlarını bildiriblər.
Regional hadisələr kontekstində Kostanyan Vaşinqton razılaşmaları fonunda Cənubi Qafqazdakı müsbət dəyişikliklərdən danışıb, həmçinin Ermənistan, Türkiyə və Azərbaycan arasında münasibətlərin normallaşması proseslərinə toxunub. (Report)