03.04.2026, 15:12
AZ EN
03.04.2026, 13:04 184

Fərhad Məmmədov: "Ermənistan cəmiyyətinin sülhə yanaşması səsvermədən sonra məlum olacaq"

XƏBƏRLƏR
  • Sorğuların nəticələrinə görə, Ermənistan cəmiyyətində sülh istəyi o qədər də yüksək deyil. Paşinyan tərəfdarları isə sülh prosesində daha aktiv mövqe nümayiş etdirirlər.

Bunu "Sülh Körpüsü" Təşəbbüsünün əsas əlaqələndiricisi Fərhad Məmmədov bu gün Bakıda təşəbbüs üzvlərinin qadın və gənclər təşkilatlarının iştirakı ilə keçirilən “Azərbaycanda qadın və gənclər təşkilatlarının sülh prosesinə cəlb edilməsi: “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində ictimai müzakirə” zamanı bildirib.

Onun sözlərinə görə, səsvermə zamanı Ermənistan cəmiyyətinin mövqeyi daha dəqiq məlum olacaq:

"Ermənistan tərəfi etiraf edir ki, medianın təxminən 40 faizi Rusiya və müxalifətin nəzarətindədir. Bu səbəbdən mediada Azərbaycan əleyhinə xəbərlər və rəylər daha çox üstünlük təşkil edir. Azərbaycan cəmiyyətində isə müxtəlif bölgələr üzrə münasibətlərə dair fərqli fikirlər mövcuddur. Xüsusilə sərhəd bölgələrində təmasların gücləndirilməsi vacib hesab olunur. Eyni zamanda, məcburi köçkünlərin Ermənistanla münasibətlərin bərpasına müsbət yanaşmayacağını anlamaq çətin deyil", - deyə o bildirib.

Qeyd edək ki, bu ictimai müzakirə Azərbaycanla Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında aparılan dialoq nəticələrinin Azərbaycan vətəndaş cəmiyyəti ilə bölüşülməsi, mövcud vəziyyətin açıq müzakirəsi və gələcək üçün qadın və gənclərin cəlb edilməsinin praktik mexanizmlərin formalaşdırılması, təkliflərin toplanması məqsədi daşıyır. (Trend)

Oxşar xəbərlər