Səfər çərçivəsində komitə sədrinin İzmir valisi Süleyman Elban ilə görüşü baş tutub. Görüşdə Türkiyə-Azərbaycan münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra Fuad Muradov İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cemil Tugay ilə görüşüb.
Həmsöhbətlər İzmirdə diaspor fəaliyyəti, bu il Türkiyədə ilk dəfə rəsmi qaydada keçiriləcək Novruz bayramı kimi mövzularda fikir mübadiləsi aparıblar. (AZERTAC)