Aparatın məsul əməkdaşları və rayon sakinlərinin iştirak etdiyi görüşdə icra başçısı Kamal Həsənov görüş iştirakçılarını qarşıdan gələn Novruz və müqəddəs Ramazan bayramları münasibətilə təbrik edib. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa quruculuq işləri haqqında ətraflı məlumat verərək, dağıdılmış şəhər və kəndlərimizdə müasir standartlara uyğun “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin uğurla icra olunduğunu vurğulayıb.
Daha sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.