"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı hökümətin rəsmi məlumatına istinadən yazıb. Bildirilir ki, görüş zamanı tərəflər regional əhəmiyyət daşıyan məsələləri, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh prosesinin möhkəmləndirilməsi və regional sabitliyə dair mövcud təşəbbüsləri müzakirə ediblər.
Həmçinin tərəflər "Tramp marşrutu" (TRIPP) layihəsi ilə bağlı fikir mübadiləsi aparıblar. Nikol Paşinyan qeyd edib ki, Ermənistan hökuməti avqustun 8-də Vaşinqtonda imzalanmış Bəyannamədə təsbit olunmuş prinsiplər çərçivəsində regional kommunikasiyaların açılmasında və bu məqsədlə beynəlxalq investisiyaların cəlb edilməsində maraqlıdır.
Elxan SALAHOV