O, bu barədə brifinq zamanı jurnalistlərə bildirib.
N.Paşinyan qeyd edib ki, Ermənistanın bütün keçmiş liderləri Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırdı, lakin bunu vətəndaşlardan gizlədirdilər. O həmçinin vurğulayıb ki, 1996-cı il Lissabon sammiti barədə həqiqət gizlədilmişdi, lakin indi sənədlər tam olaraq dərc edilib və xalq faktları görür.
"Niyə həqiqəti gizlədirdilər? 1996-cı il Lissabon sammiti barədə həqiqət gizlədilmişdi, indi isə sənədlər tam olaraq dərc edilib. Niyə bu sənədlərin ətrafında heç bir səs-küy yoxdur? Çünki artıq hər şey dərc edilib və bütün həqiqət xalqa göstərilib", - Baş nazir deyib. (Report)