Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələri də iştirakı ediblər.
Rayon rəhbəri vətəndaşların müraciətlərini fərdi qaydada dinləyib. Səyyar qəbul zamanı müraciətlərin bir hissəsi yerindəcə həll olunub, icrası mümkün olmayan məsələlərlə bağlı isə müvafiq araşdırmaların aparılması və qanunvericiliyin tələblərinə uyğun şəkildə operativ tədbirlərin görülməsi üçün aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verilib.
Görüşdə iştirak edən sakinlər rayonda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işlərini yüksək dəyərləndirərək ölkə rəhbərinə, eləcə də vətəndaş müraciətlərinə çevik və həssas münasibətə görə rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.