15.12.2025, 10:40
AZ EN
03.12.2025, 16:14 154

Türkiyə Ermənistanla sərhədləri 6 aya aça bilər

XƏBƏRLƏR
  • Türkiyə Ermənistanla quru sərhədini yaxın altı ay ərzində açmağı nəzərdən keçirir.

"Vətən səsi" xəbər verir ki, bu barədə dünyaca məşhur "Bloomberg" nəşri məlumat yayıb. Bildirilir ki, Azərbaycanla diplomatik irəliləyiş və Türkiyə ilə sərhədin açılması Ermənistan Baş Naziri Nikol Paşinyana seçkilər ərəfəsində əlavə siyasi dəstək verə bilər: "Sülh müqaviləsinin rəsmiləşdirilməsi bölgədə sabitlik yarada və enerji kəmərlərinin təhlükəsizliyini təmin edə bilər. Bu kəmərlər Xəzər dənizi regionu və Mərkəzi Asiyadan Avropaya neft və qaz daşıyır, Rusiyanı əhatə etmədən".

Xatırladaq ki, Türkiyə sərhədi 1993-cü ildə Qarabağ müharibəsi zamanı Azərbaycanla həmrəylik nümayiş etdirərək bağlamışdı. Torpaqlarımızın işğaldan azad edilməsi və Qarabağda Azərbaycanın suverenliyinin tam bərpasından sonra Bakı və İrəvan arasında  sərhədlərin delimitasiyası və anlklav ərazilərin taleyinin müəyyən edilməsi ilə bağlı danışıqlara başlanıb və proses hazırda davam edir. Eyni zamanda Türkiyə də Ermənistanla 30 ildən artıq bağlı qalan sərhəd qapılarının açılması ilə bağlı ciddi addımlar atır. Ötən həftənin sonunda Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri iki ölkənin sərhədindəki Axurik-Akyaka keçid məntəqəsində və Gümrüdə bir araya gəlib. Görüşdə Gümrü-Qars dəmir yolunun bərpası və istismarı ilə bağlı texniki məsələlər ətraflı müzakirə olunub.

Elxan SALAHOV

Oxşar xəbərlər