"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O, ölkəsinin Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklərdən danışarkən bilkdirib ki, ölkəsini həmin beynəlxalq quruma üzv qəbul etməsələr də rəsmi İrəvan bu strateji xətti davam etdirməlidir: “Demokratiyadan danışanda bu çox vacib məqamdır. Hökumət və siyasi çoxluq deyir ki, bizim vəzifəmiz bütün sahələrdə Avropa İttifaqı standartlarına nail olmaqdır. Biz başa düşürük ki, bundan sonra da Avropa İttifaqına üzv olmaya bilərik. Amma bizim əsas vəzifəmiz Avropa İttifaqının standartlarına uyğunlaşmaqdır. O nöqtəyə çatanda qəbul edilib-edilməsək də, problemimizi həll etmiş olacağıq".
Nikol Paşinyan Avropa dəyərlərinə yaxınlaşmaqdan danışarkən Ermənistanda yeni Konstitusiyanın qəbulunun qaçılmaz olduğunu da etiraf edib. Baş nazir qeyd edib ki, artıq bu istiqamətdə hazırlıqlara başlanıb və yeni Konstitusiyada Andlılar Məhkəməsi İnstitutunun tətbiqi müzakirə olunur: "Nəhayət, bu problemdən qurtulmalıyıq. Bu məsələni həll etməyincə, bir çox fundamental məsələləri həll edə bilməyəcəyik”.
Elxan SALAHOV