Bu barədə “Economyfirst Limited London” şirkətinin rəhbəri Klaus Yurgens "X" sosial şəbəkəsində yazıb.
"III Şuşa Qlobal Media Forumunda iştirak etmək mənim üçün böyük şərəfdir. Bu, artıq yaxşı bir ənənəyə çevrilmiş və Azərbaycanın media və siyasət dünyasındakı müsbət dinamikasını önə çəkən dünya miqyaslı böyük bir tədbirdir", - o qeyd edib. (Report)