O, bu barədə "X"də paylaşım edib.
Bildirilib ki, iqtisadi əlaqələr, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və yaşıl enerji layihələri diqqət mərkəzində olmaqla Azərbaycan-Rumıniya strateji tərəfdaşlığının genişləndirilməsi müzakirə edilib.
Enerji təhlükəsizliyi, diversifikasiya, təhsil, kənd təsərrüfatı və turizm sahəsində böyük potensiala malik iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsinin vacibliyi qeyd edilib. Yaşıl enerji sahəsində birgə layihələr və Orta dəhliz təşəbbüsü çərçivəsində əməkdaşlığın gücləndirilməsinin strateji faydaları araşdırılıb.
Həmçinin münaqişədən sonrakı reallıqlara, Azərbaycan-Ermənistan sülh prosesinə də toxunulub. (Report)