27.09.2025, 04:40
AZ EN
28.08.2025, 15:21 120

Anklav ərazilərin qaytarılması yenidən aktuallaşır

XƏBƏRLƏR
  • "Azərbaycanla Ermənistan arasında anklav və eksklav kəndlər məsələsi həll edilməli olan problemdir. Qarşılıqlı münasibətlərdə belə ərazilər, xüsusən Tavuş bölgəsində, eləcə də digər bölgələrdə mövcuddur".

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə deyib. Erməni Baş nazir belə ərazilərə misal kimi Gədəbəy rayonunun Başkənd kəndini nümunə çəkib: "Hətta mən və Ermənistan hökuməti, eləcə də Ermənistanın heç bir hökuməti eksklav-anklavlar məsələsindən imtina edə bilmərik, çünki bizdə Artsvaşen var. Onların suveren ərazilər olduğunu vurğulamağınıza gəlincə, bütün ərazilər suverendir və 1991-ci il Almatı Bəyannaməsində qeyd olunur ki, Sovet Ermənistanı bütün inzibati ərazisi və sərhədləri ilə müstəqil Ermənistana, Sovet Azərbaycanı isə inzibati sərhədləri ilə müstəqil Azərbaycana çevrilir. Yəni ilk dəfə 2022-ci il oktyabrın 6-da Praqada qeydə alınan müqavilə belədir və biz onun institusionallaşması yolundayıq və bu yolda davam edəcəyik".

Xatırladaq ki, ötən il demarkasiya prosesi çərçivəsində Qazaxın Aşağı Əskipara, Bağanis Ayrım, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycana təhvil verilib. Həmçinin Kirants kəndindən başlayaraq sərhəd divarı çəkilib və kəndin yarısı Azərbaycanın, yarısı Ermənistanın nəzarətində təsdiqlənib. Ermənistanın Tavuş vilayəti istiqamətində yeni ərazilərin sərhədlərin delimitasiya və demarkasiyası prosesi çərçivəsində Azərbaycana təhvil verilməsi gözlənilir.

Elxan SALAHOV

Oxşar xəbərlər