07.08.2025, 20:09
AZ EN
07.08.2025, 16:25 33

Valeri Çeçelaşvili: Vaşinqtonda görüş yalnız Azərbaycan və Ermənistan üçün deyil, Gürcüstan üçün də mühüm əhəmiyyət daşıyır

XƏBƏRLƏR
  • Vaşinqtonda Azərbaycan, Ermənistan, ABŞ liderləri arasında planlaşdırılan üçtərəfli görüş regionda ciddi rezonans doğurub.

Bunu Gürcüstan Strateji Təhlil Mərkəzinin rəhbəri, tanınmış politoloq Valeri Çeçelaşvili deyib.

O bəyan edib ki, region tarixi hadisənin astanasındadır və hazırda Cənubi Qafqaz regionu tarixində dönüş nöqtəsi yaşanır:

“Çox böyük gözləntilər var. Məncə, biz tarixi bir hadisənin astanasındayıq. Prezident İlham Əliyev, Baş nazir Nikol Paşinyan və Prezident Donald Tramp birlikdə Cənubi Qafqazı Rusiya təsirindən çıxarmağa çalışırlar. Artıq bu təsirin azaldığını və regionun sabitliyə doğru irəlilədiyini müşahidə edirik,” – deyə o bildirib.

Valeri Çeçelaşvili qeyd edib ki, bu görüş yalnız Azərbaycan və Ermənistan üçün deyil, Gürcüstan üçün də mühüm əhəmiyyət daşıyır:

“Düşünürəm ki, hazırda Cənubi Qafqazı münaqişələr və ziddiyyətlər məkanı olmaqdan çıxarıb sabitlik və inteqrasiya bölgəsinə çevirmək üçün real imkanlar var. Bu, hər üç ölkə üçün müsbət bir şansdır.”

Ekspert həmçinin ABŞ-nin regiona marağının artdığını vurğulayıb və bunu strateji fürsət kimi dəyərləndirib:

“Bir zamanlar tərəddüd edirdik: görəsən, Cənubi Qafqaz ABŞ-ın xarici siyasət maraqları palitrasında yer alırmı? İndi isə əminliklə deyə bilərik ki, bəli, alır. ABŞ bu istiqamətə ciddi resurs ayırır”. (Report)

Oxşar xəbərlər