07.08.2025, 18:06
AZ EN
07.08.2025, 14:35 220

Milli Kitabxanada “Xalq rəssamı Toğrul Nərimanbəyov – 95” adlı kitab sərgisi açılıb

XƏBƏRLƏR
  • Milli Kitabxanada Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Dövlət mükafatları laureatı, Xalq rəssamı Toğrul Nərimanbəyovun anada olmasının 95 illiyi münasibətilə “Xalq rəssamı Toğrul Nərimanbəyov - 95” adlı kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə Xalq rəssamı Toğrul Nərmanbəyovun əsərləri, həyatı və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Qeyd edək ki, Toğrul Nərimanbəyov yaradıcılığı çoxşaxəlidir: tematik tablolar, portretlər, mənzərələr, natürmortlar, qrafika əsərləri, divar boyakarlığı, teatr dekorasiyaları və s. Onun yaradıcılığının ilk dövrünə aid əsərlərdən “Bayıl mənzərəsi”, “Fırtınadan da güclü”, “Səadət”, “Sevinc”, “Həyat naminə”, “İşıqlı gələcək uğrunda” və başqalarını qeyd etmək olar.

Rəssamın “Emalatxanada”, “Kafedə”, “Qız Qalası”, “Talış dağlarında”, “Yaylaqda”, “Çoban ailəsi”, “Məhsul bayramı”, “Bağda çayxana”, “Bakıda bazar” və s. əsərlərinin hər biri geniş söz açılmağa layiq sənət nümunələridir.

Böyük rəssamın Azərbaycan və dünya mədəniyyəti qarşısındakı xidmətləri hər zaman yüksək qiymətləndirilib. (AZƏRTAC)

Oxşar xəbərlər