Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bu görüşün keçirilməsi üçün gələn həftənin oriyentir kimi nəzərdən keçirildiyini, lakin hazırlığın dəqiq vaxtının hələ müəyyən edilmədiyini açıqlayıb. Onun sözlərinə görə, tərəflər görüşün yeri barədə də razılığa gəliblər və bu barədə daha sonra məlumat veriləcək.
Bundan əlavə, Uşakov Vladimir Putin, Donald Tramp və Volodimir Zelenski arasında ehtimal edilən üçtərəfli görüşlə bağlı məlumatları şərh edərək bildirib ki, ABŞ nümayəndəsi Uitkoffun səsləndirdiyi bu təşəbbüs Moskva tərəfindən şərh edilməyib.
Rusiya Prezidentinin köməkçisi Putinin Uitkoffla görüşünün konstruktiv keçdiyini də bildirib. Qeyd edib ki, Ukrayna böhranının həlli üzrə birgə işin aparılması müzakirə edilib. Onun sözlərinə görə, Moskva danışıqların nəticələri barədə tərəfdaşlarını və müttəfiqlərini məlumatlandırıb. (AZƏRTAC)