07.08.2025, 02:07
AZ EN
16.07.2025, 16:21 226

Paşinyan: ATƏT-in Minsk qrupundan Qarabağ məsələsinin həlli ilə bağlı təklif almamışam

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyan vəzifədə olduğu müddətdə ATƏT-in Minsk qrupundan Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı təklif alması barədə iddiaları təkzib edib.

O bu barədə mətbuat konfransında bildirib.

N.Paşinyanın sözlərinə görə, bu barədə sənəd ona ünvanlanmayıb.

"Mən ATƏT-in Minsk qrupundan heç bir təklif almamışam. Mən bu barədə açıq danışmışam. Mən ATƏT-in Minsk qrupu tərəfindən Serj Sarkisyana edilmiş təkliflərin qalıqlarını aldım. Mən parlamentdə bəyan etdim ki, sizin mənim aldığım təklif hesab etdiyiniz sənəd aşağıdakı məzmunla başlayır - "Ermənistan Respublikasının və Azərbaycan Respublikasının Prezidentləri...". Bu sənəd Ermənistan Respublikasının prezidentinə ünvanlanmışdı, mən isə heç vaxt Ermənistan Respublikasının prezidenti olmamışam", - o qeyd edib.

N.Paşinyan vurğulayıb ki, sonradan hökumətin masasına gələn sənəd Serj Sarkisyanın prezidentliyi dövründə aparılan danışıqların nəticəsi olub. (Report)

Oxşar xəbərlər