Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumu çərçivəsində keçirilən paneldə deyib.
Nazir deyib ki, bu mövzu Azərbaycan üçün olduqca vacibdir:
“Biz 2023-cü ildən bu yana sülh sazişinin imzalanmasını gözləyirik. Konstitusiyada müəyyən dəyişikliyin edilməsi dünya praktikasında olan bir məsələdir”.
Ceyhun Bayramov Ararat Mirzoyanın iddiasına da cavab verib:
“Azərbaycan Konstitusiyasında Ermənistanın mövcud ərazisinə dair hər hansısa bir ərazi və torpaq iddiası yoxdur”.
Nazir həmçinin əlavə edib ki, iki əsas maneənin - ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi sülh sazişinin imzalanması üçün real imkan yaradır:
"Hesab edirik ki, bu zəruri addımlardan sonra sülh sazişinin tamamlanması və imzalanması, iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması yolunda heç bir əlavə maneə olmayacaq". (Report)