27.06.2025, 05:31
AZ EN
28.02.2025, 13:53 294

Paşinyan yenə manipuliyasiya edir

XƏBƏRLƏR
  • “Ermənistan Baş naziri Nikol Paşinyan sülh müqaviləsi mətninə 12-ci dəfə düzəliş edildiyini və imzalanması üçün heç bir maneənin olmadığını deyib. Bu, manipulyasiyadır. Çünki ötən gün Paşinyan konstitusiya dəyişikliyi ilə bağlı 14 müddəadan ibarət yeni “real Ermənistan” layihəsi ilə bağlı çıxış etdi. Bu layihələrdə təhriflərdən ibarətdir”.

"Vətən səsi" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Hikmət Babaoğlu deyib. O, Ermənistan Baş nazirinin son iki gündə səsləndirdiyi bəyanatlara münasibət bildirərkən deyib ki, Paşinyanın söylədikləri həqiqəti əks etdirmir: "Birincisi, Paşinyanın iddia etdiyi layihədə Ermənistanın qanuni ərazisi 29,8 kvadratkilometr deyil. Çünki 1918-ci il may ayının 29-da AXC tərəfindən bəyan edilən İrəvan paytaxt olmaqla yaradılan Ermənistan üçün ayrılan torpaq 9 kvadratkilometrdir. İkincisi, Ermənistan adlı respublika yoxdur. Ermənistan – Ərməniyyə Azərbaycan xalqının toplum yaradıcılığının məhsuludur. Ermənistan Respublikasının adı dəyişidirilib, özlərinin dediyi kimi, Hayastan yazılmalıdır. Üçüncüsü, Paşinyan bəyan edir ki, Ermənistanın yeni konstitusiyası legitim olacaq. Bunun üçün 300 min Qərbi azərbaycanlı da bu konstitusiyaya səs verməlidir. Çünki həmin azərbaycanlılar Ararat respublikasının və bugünkü Ermənistanın qurulmasında böyük rola malik olublar”.

Hikmət Babaoğlu bir daha vurğulayıb ki, Ermənistan sülh mövzusu ətrafında şou yaratmaqla məşğuldur. Onun fikrincə, belə olmasaydı, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan sülh təklifləri doğru dəyərləndirirlər, razılaşmanı imzalamaq mümkün olardı: "Nikol Paşinyanın “Azərbaycana məktub göndərdik, cavab aldıq, yeni mətn mübadiləsi etdik, sülh üçün artıq maneə yoxdur” kimi fikirləri prosesi manipuliyasiya etməkdir. Paşinyan əslində, bu cür davranmaqla sülhpərvər görünməyə çalışır. Ermənistanda və dünyada dərk edilir ki, sülh Azərbaycana münasibətdə beynəlxalq hüququn təmin olunmasından keçir. Bu isə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasından sonra mümkündür”.

Elxan SALAHOV

Oxşar xəbərlər