27.09.2025, 12:41
AZ EN
25.03.2022, 16:50 302

Azərbaycanın müdafiə naziri ilə rusiyalı həmkarı arasında telefon danışığı olub

XƏBƏRLƏR

Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə onun Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə telefon danışığı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla AZƏRTAC-ın bu barədə yaydığı məlumata görə, tərəflər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki mövcud vəziyyəti, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

Oxşar xəbərlər