Bu sözləri Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərli “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış" mövzusunda keçirilən ictimai dinləmədə söyləyib.
O bildirib ki, son zamanlar bir sıra xarici qüvvələrin parlament müstəvisində və digər formatlarda Azərbaycanın Qarabağ bölgəsindən könüllü köçüb getmiş ermənilərin qayıdışı məsələsindən ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışdıqlarını da tez-tez müşahidə edirik.
“Bizim fikrimizcə, Qərbi Azərbaycana qayıdış məsələsi üzrə fəaliyyət özlüyündə haqq-ədalət məsələsi olmaqla yanaşı, bu cür qeyri-sağlam cəhdlərin qarşısını almaq üçün də vacib əhəmiyyət kəsb edir”, - deyə Ə.Ələkbərli əlavə edib. (AZƏRTAC)