30.04.2026, 01:00
AZ EN
27.04.2026, 11:47 212

“Əlimizdəki sənəd bolluğu erməni vandalizmini sübut etməyə imkan verir”

XƏBƏRLƏR
  • 300-dən çox məqalə və 18 kitabın müəllifi olan Faiq İsmayılov Azərbaycan Respublikası, milli-mədəni dəyərlər üzrə tədqiqatçı, Beynəlxalq Memarlar Akademiyası Moskva şöbəsinin professoru, AMEA-nın Tarix İnstitunun əməkdaşıdır. Hazırda o, işğaldan azad edilmiş ərazilərimizdəki və Qərbi Azərbaycan (indiki Ermənistan) ərazilərindəki tarix və mədəniyyət abidələrinə qarşı törədilən vandalizm aktlarını araşdıraraq erməni yalanlarını ifşa etmək istiqamətində tədqiqat işləri aparır.  

Faiq müəllim deyir ki, bu tədqiqat işini aparmaqda əsas məqsədi bir zamanlar erməni işğalı altında olmuş və mövcud vəziyyətdə erməni işğalı altında olan maddi-mədəni irs nümunələrimizin Azərbaycan üçün tarixi əhəmiyyəti haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdır. “Məhz bu baxımdan mənim missiyam Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionlarında, həmçinin indiki Ermənistan ərazisindəki xalqımıza məxsus daşınmaz tarix və mədəniyyət abidələri üzərində ermənilərin etdikləri saxtakarlıqları üzə çıxarıb, maddi-mədəni irs nümunələrimizin gələcək nəsillərə olduğu kimi çatdırılmasına nail olmaqdan ibarətdir”.

Faiq müəllim istər Qarabağ və Şərqi Zəngəzur regionlarının tarix və mədəniyyət abidələri, istərsə də Qərbi Azərbaycan memarlıq abidələri barədə böyük həcmli sənədlər və görüntülər (fotoşəkillər) əldə edib. O deyir: “Bu məlumat bolluğu mənə əsas verir ki, ermənilərin Azərbaycan mədəni irsinə qarşı həyata keçirdikləri, vandalizm aktlarını mədəniyyətin soyqırımı kimi hüquqa zidd nəticələr doğurduğunu sübut edə bilən əsərlər yarada bilim”.

Həmin maddi və mədəni irs nümunələri əsasən: qalalar, siklop tipli memarlıq abidələri, karvansaralar, malikanələr, saraylar, məscidlər, türbələr, su dəyirmanları, kahalar, qara damlar və ev damları; xüsusi quruluşa malik fərdi evlər, mədəniyyət sarayları, o cümlədən heykəllər, qəbrüstü abidələr, bədii incəsənət nümunələri və eləcə də xristian dövrü abidələri olan sovmələr, bazilikalar, kilsələr və monastrlardır.   

Mina RƏŞİD

Oxşar xəbərlər