28.06.2025, 10:57
AZ EN
26.11.2024, 14:25 297

Erməni politoloq: "Bizi Azərbaycanla düşmən edən Rusiyadır"

XƏBƏRLƏR
  • Ermənistanın Türkiyə və Azərbaycanla düşmən münasibətdə olmasının səbəbkarı rusiyadır.

"Vətən səsi" xəbər verir ki, bunu bunu erməni politoloq Qrayr Manukyan deyib. O, bildirib ki, Rusiya tarix boyu Ermənistanla Azərbaycan arasındakı problemlərdən sui-istifadə edib: “Ruslar Ermənistanla Azərbaycan arasında olan problemlərdən sui-istifadə edirlər, ya da regionda təmsilçiliklərini təmin etmək üçün iki ölkəni üz-üzə qoyurlar. Rusiya XX əsrin əvvəllərindən başlayaraq, Ermənistandakı radikal milliyyətçi qüvvələri davamlı olaraq qızışdırmaqla məşğuldur. Bu, rusların tarix boyu davam edən siyasətinə uyğun qurduğu oynadur. İstəyirlər ki, Azərbaycanla Ermənistan daim münaqişədə olsunlar. Bu, ruslara burada öz mövqelərini təmin etmək üçün lazımdır. Buna görə də, ötən əsrin əvvəlindən ermənilərlə türklər arasında münaqişə yaşanır”.

Manukyan hesab edir ki, Rusiya müdaxilə etməsə və ya ən azından mane olmasa, Bakı ilə İrəvan Moskva olmadan yaxşı anlaşa bilir: “Məsələn, sərhədlərin delimitasiyası prosesinin başlaması Ermənistanla Azərbaycan arasında birbaşa razılaşmaların nəticəsidir. Bu da onu göstərir ki, iki ölkə oturub bir-biri ilə danışa, razılığa gəlib, bunu həyata keçirə bilir. Rusiya isə birbaşa olmasa da, dolayısı ilə deyir ki, ermənilərlə azərbaycanlıların bir-birləri ilə necə anlaşacağına, yaxud məsələlərin necə həll olunacağına o qərar verməlidir”.

Manukyan onu da əlavə edib ki, Rusiya etibarlı vasitəçi olmadığı kimi, Ermənistan üçün sadiq müttəfiq də deyil. O, ERmənistanın təhlükəsizlik orqanlarını Rusiya ulə əməkdaqşlıq etməməyə çağırıb: “Ermənistan Rusiya ilə təhlükəsizlik sektorunda əməkdaşlığı dərinləşdirməyə can atmamalıdır. Əksinə, nə qədər müəyyən məsafədə dayanmaq daha əlverişlidir. İndi qlobal vəziyyət çox dəyişib və reallıq budur ki, son illərdə Ermənistan Avropa İttifaqı, Hindistan, İran kimi ölkələrlə münasibətlərini ciddi şəkildə dərinləşdirib. Yəni,  alternativlərimiz var və xarici partnyorlarımızı seçəndə bütün məsələləri nəzərə almaq lazımdır”.

Elxan SALAHOV

Oxşar xəbərlər