Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə “X” platformasındakı paylaşımında qeyd edib.
O, Azərbaycanda fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildirib.
“Eyni zamanda, ABŞ-də olduğu kimi, cinayət əməllərinə görə cəza çəkən vətəndaşlar heç bir ayrı-seçkiliyə məruz qalmadan cəzaçəkmə rejimlərinin müvafiq qanunlarının tələblərinə tabedirlər”, - Ayxan Hacızadə qeyd edib.
O əlavə edib ki, bəzi xarici hökumətlərin və siyasətçilərin milli qanunvericilik əsasında məhkəmə tərəfindən cinayət ittihamı ilə məhkum edilmiş şəxslərin azadlığa buraxılması tələbləri onların qanunun aliliyinə sadiqliyini şübhə altına salır. (Trend)