28.06.2025, 14:01
AZ EN
29.03.2024, 19:20 310

Rusiya XİN Ermənistanın suverenliyinin yeganə real təminatının rus sərhədçiləri olduğunu bildirib

XƏBƏRLƏR
  • Ermənistanın suverenliyinin yeganə real təminatı ölkədə Rusiya Federasiyasının 102-ci hərbi bazasının olmasıdır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən yerli KİV-ə bildiriblər.

Rusiyanın 102-ci hərbi bazasının və rus sərhədçilərinin Ermənistanın suverenliyinin yeganə real təminatı olduğunu bildirən Rusiya XİN Ermənistan tərəfinin təhlükəsizliklə bağlı təkliflərini məntiqə zidd adlandırıb."Onların Ermənistandan çıxarılmasının ölkənin hərbi potensialını necəsə möhkəmləndirəcəyi təhlükəli demaqoqiyadır", - Rusiya XİN-dən qeyd olunub. (Trend)

Oxşar xəbərlər