28.06.2025, 01:28
AZ EN
27.03.2024, 16:35 332

Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb

XƏBƏRLƏR
  • Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb.

“Armenpress” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

O bildirib ki, bu prinsiplər 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüş çərçivəsində razılaşdırılıb.

Görüş zamanı həmçinin Cənubi Qafqazdakı cari vəziyyət, o cümlədən regional kommunikasiyaların açılması məsələsi müzakirə olunub. (Report)

Oxşar xəbərlər