20.08.2025, 03:11
AZ EN
27.12.2023, 11:48 372

İlham Əliyevin Paşinyanla ayaqüstü söhbəti diqqət mərkəzində

XƏBƏRLƏR

Dünən Sankt-Peterburqdakı qeyri-rəsmi MDB sammiti çərçivəsində keçirilən görüşlər və həmin görüşlərdən yayılan fotolar region ölkələrinin mətbuatında geniş müzakirələrə səbəb olub. Xüsusilə Azərbaycan və Ermənistan liderlərinin ayaqüstü söhbəti, Belarus prezidenti Lukaşenkonun Nikol Paşinyana atmacaları ictimai maraq yaradıb.

"Vətən səsi" xəbər verir ki,  Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı ayaqüstü söhbət sammiti işıqlandıran mətbuat nümayəndələrinin diqqətindən yayınmayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərdən birinin Moskvanın Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının intensivləşdirilməsinə və müsbət sonluqla nəticələnməsinə yönəlik cəhdlərini nəzərdə tutaraq “Mübarizə aparan tərəfləri bir araya gətirmək qorxulu deyilmi? sualını cavablandırarkən belə deyib: “Onlar mübarizə aparan tərəflər deyil, onlar vahid sənəd əldə etməyə, sülh danışıqlarını yekunlaşdırmağa, vahid sənədə, sülh müqaviləsinə nail olmağa tam hazır olduqlarını bəyan edirlər. Burada heç bir risk yoxdur”.

Xatırladaq ki, Rusiyanın Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla ayaqüstü söhbət edib. Qeyri-rəsmi formatda keçirilən söhbət zamanı liderlər sülh gündəmindəki məsələləri müzakirə ediblər.

Əliyevlə Paşinyanın ayaqüstü görüşlə bağlı məlumatlar Ermənistan mətbuatında yayılıb. Ermənistan hökuməti də tərəflər arasında təmasların olduğunu təsdiq edib, ancaq liderlərin konkret olaraq hansı məsələni müzakirə etdikləri açıqlanmır.

Elxan SALAHOV

Oxşar xəbərlər