28.06.2025, 12:39
AZ EN
14.06.2023, 14:45 358

Ərdoğan: Azərbaycanla ikitərəfli münasibətlərdə əldə edilmiş sürəti saxlamaq niyyətindəyik

XƏBƏRLƏR
  • Türkiyə ilə Azərbaycan Strateji Əməkdaşlıq Şurası və Birgə İqtisadi Komissiya kimi fəaliyyət mexanizmləri vasitəsilə ikitərəfli münasibətlərdə əldə edilmiş sürəti saxlamaq niyyətindədir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərinin nəticələrinə dair jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, başda Türk Dövlətləri Təşkilatı olmaqla regional əməkdaşlıq və məsləhətləşmə mexanizmləri daha da gücləndiriləcək:

“Türk dünyasının birliyi üçün Azərbaycanla çalışmağa davam edəcəyik. Hesab edirəm ki, seçkilərdən sonra etdiyimiz bu tarixi səfər bizim bugünkü həmrəyliyimizi gücləndirdi”. (APA)

Oxşar xəbərlər