Bunu Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olan isveçli səyahətçi Sofiya Qranstrom jurnalistlərə açıqlamasında deyib.
"Minatəmizləmə prosesini, burada baş verənləri, eləcə də bu əraziləri minalardan təmizləyən insanları əyani şəkildə görmək çox maraqlıdır", - o deyib.
Səyahətçi daha əvvəl Kambocada olarkən mina gördüyünü deyib.
O, mülki əhalinin bu ərazilərə qayıtmasına mane olan mina problemini böyük təhlükə adlandırıb. (Report)