O, deyib ki, müxtəlif ölkələrdə ermənilər də yaşayır və onların Ermənistanla maraqlanmaları təbiidir. Hər bir xalqın nümayəndəsinin öz tarixi vətəni ilə əlaqə saxlaması, uğurlarına sevinməsi, qürurlanması, fəlakətinə acıması başadüşüləndir.
Onlar vətəndaşı olduqları ölkədəki ictimai-siyasi proseslərdə, məsələn, seçkilərdə iştirak etməklə öz sözlərini demək hüququna malikdirlər. Amma hansısa ölkədə yaşayıb Ermənistan iqtidarına, necə deyərlər, istiqamət göstərmək dövlətin daxili işinə müdaxilə etmək anlamındadır və bu yolverilməzdir.
Guya “Ermənistanda yaşayan erməni də, digər xalqların nümayəndələri də ölkədəki seçkilərdə, ictimai-siyasi proseslərdə bərabər hüquqlara malikdirlər”, - deyən A.Minanyan belə bir açıqlama da verib ki, xaricdəki bəzi ermənilər öz şəxsi mənafelərini də məhz buradakı partiyalar vasitəsi ilə həyata keçirmək iddiasındadır. Kimsə indiki, kimsə sabiq iqtidarı bəyənirsə öz seçimidir. Amma heç bir erməni xaricdən Ermənistandakı proseslərə, seçkilərə müdaxilə etməməlidir.
Bu erməninin düşüncələrini bir sıra meyarlar baxımından, "əlbəttə, müsbət dəyərləndirmək ədalətli olar", - deyə müxbir də xarici ölkə vətəndaşı olan heç bir erməninin Ermənistanın daxili işinə qarışmamasını məsləhət görür.
Nəsib