07.08.2025, 19:54
AZ EN
10.04.2023, 16:14 239

Erməni nümayəndə heyəti İstanbuldadır

XƏBƏRLƏR
  • "Hraparak" və "Lurer.com" xəbər verir ki, dünya ümumerməni oyunları komitəsinin sədri İşxan Zakaryanın başçılıq etdiyi nümayəndə heyəti İstanbulda üç günlük səfərdədir. Nümayəndə heyəti burada yerli erməni idman klublarının üzvləri ilə görüşüb və 8-ci ümumerməni idman oyunlarına hazırlıqla bağlı görülən təşkilati işlərlə tanış olub.

Qeyd olunur ki, xaricdəki ermənilər uzun illərdir ki, məhz bu mərkəz vasitəsilə bir-biri ilə əlaqə saxlayır, əməkdaşlıq edir.

O da vurğulanır ki, 8-ci ümumerməni yay idman oyunları bu il  avqustun 5-19-da keçiriləcək və burada Türkiyədə yaşayan erməni idmançılar yenə də iştirak edəcəklər.

Nəsib

Oxşar xəbərlər