Bəzi politoloq və siyasi ekspertlər rəsmi İrəvanın da danışıqların aparılması üçün bütün lazımi şəraitin yaradılmasının tərəfdarı olduğunu bildirsə də revanşçı müxalif qüvvələr, el təbirincə desək, kor tutduğunu buraxmaz prinsipindən çıxış yolu axtarmaq belə istəmirlər. Onlar həyasız tərzdə belə bir fikir yayırlar ki, danışıqlarda müxalifət partiyalarından olan liderlərin iştirakını təmin etmək məqsədilə Azərbaycan tərəfinə şərt qoyulmalıdır. Bu isə hakimiyyətin əsas fiqurları tərəfindən qətiyyətlə rədd edilir və vurğulanır ki, erməni xalqının ümummilli məsələlərinin müzakirəsinə talançılar, korrupsiya başçıları qətiyyən buraxıla bilməz.
Bu barədə bu günkü paylaşımında xəbər verən "Hraparak" onu da bildirib ki, müxalifət yenidən mitinq keçirmək üçün təbliğata start verib.
Göründüyü kimi, haylar yenə cığallıq etməyə çalışırlar. Bu cığallıq isə yenə onların öz başlarında çatlayacaq.
Nəsib