05.05.2026, 11:28
AZ EN
05.05.2026, 08:45 105

Edqar Mkrtçyan: "Azərbaycanla sülh Cənubi Qafqazı infrastruktur habına çevirəcək"

XƏBƏRLƏR
  • Ermənistan və Azərbaycan arasında sülh sazişi Cənubi Qafqazın əsas regional infrastruktur və nəqliyyat habına çevrilməsi üçün əsas ola bilər.

Bunu Ermənistanın maliyyə nazirinin müavini Edqar Mkrtçyan Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində rəhbərlərin sessiyasında deyib.

"Ötən il eyni sessiyada biz inkişafın zəruri şərti kimi sülhə qəti sadiqliyimizi bəyan etmişdik. Bu gün, bu öhdəliklərə sadiq qalaraq, regional sabitlik naminə Ermənistan və Azərbaycan arasında sülh sazişinin ilkin imzalanması da daxil olmaqla, nəzərəçarpan irəliləyişi qeyd etməkdən məmnunam.

Suverenlik və qarşılıqlılıq prinsipləri əsasında regional infrastrukturun və nəqliyyat əlaqələrinin blokdan çıxarılması hesabına Cənubi Qafqazın əməkdaşlıq habına çevrilməsi bütün regiona fayda gətirəcək", - E. Mkrtçyan bildirib. (Report)

Oxşar xəbərlər