17.03.2026, 15:53
AZ EN
17.03.2026, 13:36 205

Köçəryandan Bakıya sərsəm mesaj

XƏBƏRLƏR
  • Ermənistanın keçmiş prezidenti Robert Köçəryan hakimiyyətə müharibə gündəmi ilə qayıtmaq istəyir.

"Vətən səsi" xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, bunu siyasi analitik Hrayr Manukyan deyib. O, bildirib ki, sabiq prezident hakimiyyətə qayıdacağı təqdirdə Ermənistandan kənardan alacağı hərbi və siyasi dəstəlı Azərbaycanla müharibəyə başlamaq niyyətindədir. Ekspert istisna etmir ki, Köçəryanın mümkün qayıdışı regionda savaşa səbəb olacaq: "Robert Köçəryan Ermənistanı birbaşa müharibəyə aparmaq istəyir. O,  faktiki olaraq Bakıya açıq mesaj verir və bəzi hallarda açıq şəkildə deyir ki, fürsət düşən kimi Azərbaycana hücum edəcəyəm”. Keçmiş prezident xaricdəki dəstəkçilərinə güvənir, qarantiyalı müharibə istəyir. Amma eyni zamanda bilir ki, xalqımızın böyük əksəriyyəti sülh istəyir, sadəcə özünün siyasi maraqları naminə cəmiyyəti çaşdırmağa çalışır".

Xatırladaq ki, Robert Köçəryan iyunun 7-də keçiriləcək parlament seçkilərinə “Ermənistan” blokunun baş nazirliyə namizədi qismində qatılmağa hazırlaşır. İndiyədək 5 siyasi qüvvənin seçkilərdə iştirak edəcəyi rəsmən təsdiqləyib ki, bunlardan biri də sabiq prezidentin komandasıdır. Köçəryan özü isə Baş nazirliyi nazmizədliyini irəli sürəcəyini bildirib.

Elxan SALAHOV

Oxşar xəbərlər