"Hraparak " xəbər verir ki, Ermənistanın müdafiə naziri Suren Papikyan bu gün nazirliyin tədris-məşq mərkəzlərindən birində olub və burada beş aylıq xüsusi proqramla təlimdə olmuş hərbçilərin növbəti buraxılış tədbirində iştirak edib. Agentlik əlavə edib ki, etibarlı mənbələrdən alınan məlumatlara görə, həmin hərbçilər xidmətlərini Azərbaycanla sərhəd mövqelərdə davam etdirəcəklər. Sözügedən xəbəri digər media agentlikləri də paylaşıblar.
Nəsib
P.S. Bütün ölkələrdə Ali baş komandan istisna olmaqla digər mülki geyimli yüksək vəzifəli şəxsə hərbi təzim edilmir. Şəkildən də göründüyü kimi, ermənilər bu adi gerçəkliyi də bilmirlər.