05.05.2026, 04:49
AZ EN
04.05.2026, 23:50 99

Meloni: Ermənistanla münasibətlər mövzusunu müzakirə etdik

XƏBƏRLƏR
  • Prezident İlham Əliyev ilə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin görüşündə Azərbaycan-Ermənistan münasibətləri müzakirə edilib.

Bunu İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Prezident İlham Əliyev ilə mətbuata bəyanatlar zamanı deyib.

"Ermənistanla münasibətlər mövzusunu müzakirə etdik. Mən Birləşmiş Ştatların verdiyi təkan sayəsində tarixi mərhələni əks etdirən normallaşma yolunda İtaliyanın tam dəstəyini bir daha vurğuladım. Düşünürəm ki, 2026-cı il bu baxımdan mühüm ilə çevrilə bilər, çünki çox vacibdir ki, bu dinamik regionun bütün potensialı istifadə edilsin". – C. Meloni bildirib.

C. Meloni söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında dialoqun gücləndirilməsinin vacibliyinin qeyd olunduğunu deyib:

"Enerji və daşımalar birmənalı olaraq iki sahədir ki, Avropa daha vacib rol oynaya bilər və oynamalıdır. Beləliklə, sərmayələrə dəstək, enerji şəbəkələrinə, beynəlxalq daşımalar marşrutlarına Azərbaycanın daha böyük inteqrasiyası təmin edilə bilər". (Report)

Oxşar xəbərlər