Bu barədə o, jurnalistlərlə söhbəti zamanı bildirib.
"Mən iki ölkənin baş nazir müavinlərinin qarşılıqlı səfərlərini sülh prosesi çərçivəsində tarixi hesab edirəm. Mən çox şadam ki, biz bu mərhələyə çatdıq", - o deyib.
Paşinyan, həmçinin əlavə edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlər daim yaxşılaşmalı, sülh isə tədricən möhkəmlənməlidir.
"Normal və uzunmüddətli perspektivdə mehriban qonşuluq münasibətləri qurmaq lazımdır", - o vurğulayıb.
Qeyd edək ki, aprelin 29-da baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdə olub. (Report)