30.04.2026, 14:14
AZ EN
30.04.2026, 10:58 209

Qəbələ görüşləri bir daha təsdiq etdi ki, Azərbaycan bölgədə orta güc dövlətinə çevrilib

YAZILAR
  • Qəbələ görüşləri Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin kifayət qədər güclü olduğunu göstərir. Bir tərəfdən bu görüşlər bir daha təsdiq etdi ki, Azərbaycan regionda düzəni formalaşdıran ölkədir, digər tərəfdən isə həm Avropa İttifaqının (Aİ), həm də region ölkələrinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində ciddi marağı var.

Bu barədə açıqlamasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, Ukrayna regionda vacib ölkələrdəndir. Eyni zamanda, Latviya və Çexiya Aİ üzvü olan ölkələrdir. Bu da ondan xəbər verir ki, sözügedən ölkələrin Azərbaycanla sıx əməkdaşlıqda ciddi marağı var. Bu, eyni zamanda, həmin ölkələrlə Azərbaycan arasında strateji və iqtisadi münasibətlərin dərinləşməsinə imkan yaradacaq. Xüsusən Çexiya ilə qeyri-neft sektoru üzrə əməkdaşlıq imkanları müzakirə olundu, Latviya ilə bu istiqamətdə müzakirələr aparıldı. Bu da nəticə etibarilə Azərbaycanın qeyri-neft sahəsində o cümlədən daha innovativ olan yaşıl enerji və texnologiya sahəsində Aİ ilə əməkdaşlığının güclənməsinə imkan verəcək: “Bu, həmin ölkələrlə ticarət dövriyyəmizə də birbaşa təsir göstərəcək ki, bu da Azərbaycanın qeyri-neft sektorunun daha çox məhsulların ixrac olunması və ixrac coğrafiyasında yerləşməsinə gətirib çıxaracaq. Bütün bunlarla yanaşı, Qəbələ görüşləri bir daha təsdiq etdi ki, regional geosiyasi çətinliklərin olmasına baxmayaraq Azərbaycan dövlətimizin başçısının rəhbərliyi ilə bölgədə orta güc dövlətinə çevrilib. Bu isə Azərbaycanın orta güc dövləti olaraq regional və bir sıra hallarda isə qlobal məsələlərə təsir imkanlarının artdığını göstərir”. (AZƏRTAC)

Oxşar xəbərlər