04.04.2026, 21:17
AZ EN
04.04.2026, 11:00 139

Laçın sakinlərinin müraciətləri dinlənilib

XƏBƏRLƏR
  • Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Hacılar obasında müvəqqəti məskunlaşmış rayon sakinləri ilə keçirilib. 

38 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi səyyar qəbulda İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məcburi köçkünlərin müraciətlərini dinləyib. Müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülüb.

Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak ediblər.

Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildiriblər.

Oxşar xəbərlər